AzTV-də əməkhaqqı qalmaqalı...
Tarix: 21-05-2020, 08:36



Şirkət əməkdaşlarının əmək haqları koronavirus rejimi dövründə niyə kəsilib, yaxud kimlərinki saxlanılıb?


Dünyada və ölkəmizdə yayılmış məlum koronavirus pandemiyası ilə əlaqədar olaraq tətbiq edilmiş xüsusi karantin rejimində ölkə başçısı cənab Prezidentin məlum sərəncamında göstərildiyi kimi yaşı 65 dən yuxarı olan vətəndaşların işə gəlib getmələri qadağan olunsa da, onların əmək haqqı tam ödənilməlidir.
Redaksiyamıza daxil olan məlumata görə ölkə başçısının bu sərəncamı AzTV-də icra olunmur. Şirkət əməkdaşlarının “Təzadlar”a verilən məlumatına görə, 18.05.2020-ci ildə Aztv əməkdaşları əmək haqqlarını alarkən beş faiz kəsildiyinin şahidi olublar. Səbəbi isə açıqlanmayıb. Üstəlik, Aztv-də bir qrup yaşı 65 dən yuxarı olan əməkdaşların isə ümumiyyətlə, əmək haqqı yazılmayıb. Əməkdaşlar bunun səbəbini soruşanda "sədr Rövşən Məmmədovun göstərişidir" deyə vurğulayıblar.
Aldığımız daha bir məlumatda isə bildirilir ki, əmək haqqının kəsilməsi Rövşən Məmmədova yaxın kadrlara şamil olunmayıb. Cənab Prezidentin apardığı islahatlara önəm verməyən və həbslərdən nəticə çıxarmayanlar haqqında da tədbir görüləcəyinə ümid edirik.


Paylaş: