Məşhur aktrisa "Ertuğrul Gazi"ni Di Kaprioya bənzətdi
Tarix: 20-05-2020, 16:18



Dünya şöhrətli pakistanlı aktrisa Mehviş Hayat "Diriliş Ertuğrul" serialının qəhrəmanı Engin Altan Düzyatanı Leonardo Di Kaprio ilə müqayisə edib.
Open.az xəbər verir ki, sosial media hesabından Engin Altan Düzyatana olan heyranlığını bildirən Mehviş Hayat: "Bir az Leonardo Di Kaprio kimidir. Düzdür?" yazaraq, paylaşım edib.
Pakistan Televiziyasında yayımlanan "Diriliş Ertuğrul" serialına maraqla tamaşa etdiyi deyən aktrisa: "Böyük əxlaqi dərslərə sahib filmdir" deyərək, serialı çox bəyəndiyini dilə gətirib.
Qeyd edək ki, Pakistanın Dövlət Televiziyasında həftəiçi urdu dilində yayımlanan serial, reytinqləri alt-üst edib.



Məşhur aktrisa Ertuğrul Gazi
Məşhur aktrisa Ertuğrul Gazi

Paylaş: