“Örnəyiniz mən yox, valideynləriniz olmalıdır”
Tarix: 20-05-2020, 12:27



“Polis mənə yaxınlaşıb deyir ki, siz - şou əhli örnəksiniz. Ay insanlar, bizi niyə örnək götürməyə çalışırsınız? Niyə mən sizin örnəyiniz olmalıyam? Sizin örnəyiniz mən yox, valideynləriniz olmalıdır”.
Oxu.Az xəbər verir ki, bu sözləri məşhur aktrisa Pərvin Abıyeva “Xəzər” telekanalında yayımlanan “Şən Bazar” səhər şousunda deyib. 

Cazibədar aktrisa özü daxil olmaqla şou əhlinin cəmiyyətə örnək olmadığını dilə gətirib:
“Mən insanları əyləndirmək üçün səhnədəyəm. Mənə başınızı qarışdırmaq üçün baxırsınız. Səhnədə gördüyünüz obraz deyiləm. Səhnənin arxasında Pərvin var. Qarşınızdakı Pərvin başqadır. Siz məni örnək götürməməlisiniz”.
Proqramda P.Abıyeva Azərbaycan ailələrindən söz açaraq, övladların sərbəst deyil, çərçivədə böyüdülməsinə etirazını bildirib:
“Uşaqlarımızı kompleksli böyüdürük. Onları çərçivəyə salırıq. Amma avropalılar uşaqlarını sərbəst böyüdür. Uşaqları o qədər sıxa-sıxa böyüdürük ki, kompleksli olurlar”.

Paylaş: