"Həyasız, reytinq xatirinə özünü axrıncı yerə qoyan adamlar..."
Tarix: 20-05-2020, 12:15



BiG.AZ saytının növbəri müsahibi müğənni Səbinə Əskərovadır. Səbinə xanım, salam! Müsahibimizin olduğunuz üçün sizə təşəkkür edirəm. Səmimi və açıq sözlü olduğunuza güvənərək ilk sualıma keçid alıram.

Sizi Amerikaya nə bağladı?

Amerikaya təhsilimlə bağlı köçdüm. Eyni Akademiya New Yorkdada var idi mən havasına görə Los Angelesi seçdim.

Vətəndən uzaq qalmaq sizi darıxdırmır? Ailənizlə necə razılaşdınız ora getməyə?


Darıxıram, əlbəttə! Bakıda ailəm, yaxınlarım, dostlarım, sevdiyim yeməklər burda onların hamsından məhrumam. Ona görə vaxt tapan kimi 2 həftəlik də olsa, qaıb gəlirəm. Hal-hazırda hələki qayıtmaq fikrim yoxdur. Bəlkə çox darıxsam və bura məni bağlayan heç bir şey olmazsa qayıdaram. Anamdan başqa hər kəs fikrimi dəstəklədi. Anam hər gün deyir qayıt Azərbaycana, bu aralar bəhanəm var ki, uçuş yoxdur. Hələ ki, bir neçə aylıq bəhanəm var, sonra bir şey fikirləşərik (red: gülür)
"Həyasız, reytinq xatirinə özünü axrıncı yerə qoyan adamlar..."Amerikada yaşayan azərbaycanlı müğənni ilə MÜSAHİBƏ

Bilirsiniz ki, pandemiya hazırda bütün dünyanı bürüyüb. Qaldığınız şəhərdə bununla bağlı hansı tədbirlər görülür? İnsanlar qadağalara necə əməl edir?


Burada insanlar çalışdıqları qədər məsafə saxlayırlar. Maskasız heç yerdə xidmət göstərilmir. Restoran, kafelər əvvəlki kimi işləyir sadəcə evə çatdırılma xidməti ilə... Parkların bəziləri açıqdır. Çimərliklər, hovuz, fitness zalları tamamilə bağlıdır. Karantin şərtləri o qədər də sərt deyil.

Sabina xanım, bir az məqsədləriniz haqqında danışaq. Yaxın gələcəkdə ilk planlarınız nədir?

Yeni mahnılarım var, yəqin ki, pandemiyadan sonra dinləyicilərə təqdim edərəm. Gələn ay 2 illik təhsilimi bitirirəm, sonrası necə olacaq bilmirəm. Burada hazırda hər şey "stop"dadır. Normal həyata nə vaxt dönəcəyimizi heç kəs bilmir. Bir neçə aydan sonra belə hər şeyin əvvəlki kimi olacağını da dəqiq bilmirik. Hamı necə mən də elə...
"Həyasız, reytinq xatirinə özünü axrıncı yerə qoyan adamlar..."Amerikada yaşayan azərbaycanlı müğənni ilə MÜSAHİBƏ

Uzaqdan baxanda Azərbaycan şou-biznesi necə görünür?

Dörd-beş öndə olan müğənnini çıxmaq şərti ilə çox gülməli... Əslində zövqsüzlük aradan götürülsə bəlkə də hər şey normal görünər. Verilişlərdə bir müğənniyə digər müğənninin geyimi haqqında sual verilməsini yığışdırsınlar, bir-biri haqqında neqativ fikirlər deməsini isə heç başa düşmürəm. Məncə intellekti yerində olan müğənni ümumiyyətlə, efirdə ya sosial
şəbəkələrdə bu mövzular toxunmamalıdır. Kiminsə geyimi öz seçimidir, bazar söhbətləri və qeydbət həmin insanın özünün dünya görüşünün balaca olduğunu göstərir. Bunlar hamsı verilişlərdəki mövzu kasadlığından irəli gəlir. Aparıcı və ya jurnalist digər həmkarın haqqında suallar verə bilər, məcbur deyilsən kobud cavablandırmağa... mən Bakıda olanda da bu fikirdə idim. Həyasız, reytinq xatirinə özünü axrıncı yerə qoyan adamlardan acığım gəlir.

İfaçı olmasaydız sizcə hansı peşə sizdə mükəmməl alınardı?

Yəqin ki, ev dizayneri ya da aşbaz...

Sevgi yoxsa pul?


Əlbəttə sevgi! Pul sadəcə problemləri həll etmək üçün vəsaitdir. Xoşbəxt olmaq üçün o qədər də çox pul lazım deyil.
"Həyasız, reytinq xatirinə özünü axrıncı yerə qoyan adamlar..."Amerikada yaşayan azərbaycanlı müğənni ilə MÜSAHİBƏ

Sabina xanım, qadın xəyanəti bağışlamalıdırmı?

Kişilərin 90%-i xəyanət edir və ayrılıb 2-ci dəfə ailə quracaqsa yenə xəyanət edəcək. Yəni çox mənasizdır. Düşünürəm ki, həyat yoldaşı ilə yaxın dost olmaq çox vacibdir.

İkinci dəfə ailə qurmaq istəyərsiz?

Ailə quraramsa, artıq ömürümün axırına kimi o adamla yaşayıb, bir yerdə yaşlanmaq istəyərəm.

Sənət sizə nəyi verib, nələri aldı?

Sənətimi çox sevirəm. Müğənniliyin yanına aktrisalığı da əlavə etdim. Təxrübə verdi, gözəl dostlar qazandım.

Xahiş edirəm, səmimi olaraq həyatda ən çox peşiman olduğunuz məsələni danışın. Sizi nə peşiman etdi?

Heç bir şeyə peşiman deyiləm. Səhvlərim dərslərimdir, hər atdığım yalnış addımım mənə təcrübə gətirib. Hələ çox səhvlər edəcəm, ölənə qədər... Hamı kimi, bu normaldır. Öləndən sonra edə bilməyəcəm, çünki ölü olacam (gülür). Əslində səhv etmək qorxulu deyil, orada ilişib qalmaq qorxuludur.

Azərbaycan səhnəsində nömrə 1 müğənni kimi hesab edirsiz?

Nömrə 1 və ya 2 deyə bilmərəm, amma sevdiyim müğənnilər var ki, mahnılarını həmişə dinləyirəm. Mənim fikrimcə Aygün Kazımova, Röya, Elton, Zamiq, Natavan Həbibi, Miri Yusif öndə olan və öndə olan və hər mahnıları sevilən müğənnilərdir. Digərlərini də qarşıma çıxarsa dinləyirəm. Yəni, axtarış verib hansısa mahnısını dinləmirəm.

"Həyasız, reytinq xatirinə özünü axrıncı yerə qoyan adamlar..."Amerikada yaşayan azərbaycanlı müğənni ilə MÜSAHİBƏ

Ən böyük etirafınız nə ola bilər? Etiraf edin ki, .... (Davam edin)


Etiraf edirəm ki, çox tənbələm. Ən xoşuma gəlməyən cəhətim də hər kəsi özüm kimi bilirəm. Hər deəfə deyirəm "o bunu etməz"....

Azərbaycana qayıdıb öz boşluğunuzu dolduracaqsınızmı?

Onu hələ bilmirəm, amma sənətimi tamamilə atmaq fikrim yoxdur. Qayıtsam anama görə qayıdaram, ondan doymamışam. Burda olsam da yenə də yeni mahnılar üzərində işləyəcəm Qayıtmasam da həmçinin...

Son olaraq, izləyicilərimizə nə demək istərdiniz?

Sizi nə xoşbəxt edirsə, o işlə məşğul olun. Həyat çox qısadır.

Müsahibə üçün təşəkkür edirəm!

Siz sağ olun!

Paylaş: