ATV-nin bir əməkdaşı koronavirusa yoluxdu – Digəri isə karantinə götürüldü
Tarix: 20-05-2020, 10:31



"Azad Azərbaycan" Teleradio və Yayım Şirkətinin (ATV) bir əməkdaşı koronavirusa yoluxub.
Unikal.org-un əldə etdiyi məlumata görə, ATV-nin Xəbərlər Departamentinin müxbiri – Mahmud Rövşənoğlu koronavirusa yoluxduğu üçün ATU-nun Tədris Cərrahiyyə klinikasına yerləşdirilib.
O, bu barədə məlumatı saytımıza təsdiqləyib.
Bununla belə, müxbirlə çəkilişdə olan operator Heydər Məmmədov da "Atletlər kəndi"ndə karantinə götürülüb.

Paylaş: