Azərbaycanın Əməkdar artisti İstanbulda onlayn konsert verib
Tarix: 19-05-2020, 16:45



Azərbaycanın Əməkdar artisti, görkəmli pianoçu İslam Manafov Türkiyədə qeyd edilən 19 May-Atatürkü Anma, Gənclik və İdman Bayramı münasibətilə İstanbulda onlayn konsert verib.
UlduzumSan.Az AZƏRTAC-a istinadən xəbər verir ki, konsert proqramı 19 May Gənclik Orkestrləri Festivalı çərçivəsində baş tutub. Klassik piano musiqisindən ibarət konsertdə müxtəlif ölkələrin bəstəkarlarının kompozisiyaları ifa edilib. Onlayn musiqi gecəsi İstanbul Böyükşəhər Bələdiyyəsinin rəsmi “YouTube” kanalı vasitəsilə yayımlanıb.
Xatırladaq ki, pandemiya günləri ərzində Manafovlar ailəsi dünyanın müxtəlif bölgələrindən konsertlər verirlər.

Paylaş: