Qudası Zeynəb Xanlarova ilə bağlı xəbərə HİDDƏTLƏNDİ
Tarix: 19-05-2020, 09:17



Azərbaycan Respublikasının Xalq artisti, görkəmli sənətkar, Sabiq deputat Zeynəb Xanlarovanın dünyasını dəyişməsi barədə xəbərlər yayılıb. Qeyri-rəsmi məlumatlara görə, sənətçi 83 yaşında Nyu-Yorkda dünyasını dəyişib. Xəbər sosial şəbəkələrdə ildırım sürətilə yayılıb.

Modern.az saytının əməkdaşı yayılan məlumatları dəqiqləşdirmək üçün Zeynəb Xanlarovanın oğlu ilə əlaqə saxlamağa çalışıb. Oğlu ilə əlaqə saxlamaq mümkün olmayıb.

Daha sonra Zeynəb Xanlarovanın qudası ilə telefon əlaqəsi yaratdıq. Sənətçinin qudası saytımıza açıqlamasında xəbərin yalan olduğunu bildirdi:

"Bilmirik bu xəbəri kim yayıb. Zeynəb Xanlarova sağdı və vəziyyəti də yaxşıdır".

Qeyd edək ki, bu ilin dekabrında Zeynəb Xanlarovanın 84 yaşı tamam olacaq. Zeynəb Xanlarova uzun illərdir Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. Belə ki, o, 1985-ci ildən 2019-cu ilə kimi deputat mandatı daşıyıb.

Paylaş: