Qərargah: Toyların vaxtı ilə bağlı vəziyyətə uyğun qərar veriləcək
Tarix: 18-05-2020, 17:31



"Toyların iyun-iyul aylarında keçiriləcəyi barədə bu gün hələ bir şey deyə bilmərik".
APA-nın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın mətbuat konfransında Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib. 
"Bugünkü vəziyyətə istinad edə bilərik ki, şadlıq evlərinin açılması gözlənilmir. Amma bu, bugünkü statistikaya aiddir, növbəti həftə nə baş verəcək, statistika, sanitar-epidemioloji vəziyyət necə olacaq, ona uyğun qərar veriləcək", - deyə o əlavə edib.

Paylaş: