Naomi Kempbel qoruyucu geyimini paylaşdı
Tarix: 18-05-2020, 11:16




Dünyaca məşhur aktrisa və supermodel Naomi Kempbel “Instagram” hesabında qoruyucu geyimdə fotoşəklini paylaşıb.
Oxu.Az xəbər verir ki, o, koronavirusa yoluxmadan qoruyan geyimdə təyyarədən paylaşım edib.
Supermodel son 15 ildə təyyarədə oturmazdan əvvəl oturacağını təmizlədiyini qeyd edib və qoruyucu geyimi əyləncə xatirinə geyinmədiyini vurğulayıb.
O, bu paylaşımı ilə doqquz milyon izləyicisinə koronavirusdan necə qorunduğunu göstərib.

View this post on Instagram

On the move...

A post shared by Naomi Campbell (@naomi) on



Paylaş: