"Ən böyük arzum Həcc ziyarətinə getməkdir"
Tarix: 18-05-2020, 10:59



Son günlər açıq-saçıq geyimləri ilə diqqət çəkən müğənni Mina açıqlamaları ilə gündəmə gəlib.

BiG.AZ xəbər verir ki, "Show news" verilişinə açıqlama verən müğənni bildiirb ki, Ramazan ayında oruc tutur, Həcc ziyarətinə də getmək istəyir:

" Ən böyük arzum Həcc ziyarətinə getməkdir. Oruc tutub, Allaha dualar edirəm. Allah mənə Həcc ziyarətini qismət etsin. Heç kəsə pislik etmirəm. Hamıya da məsləhət görürəm ki, Allaha dualar edib, ruhlarını təmiz saxlasınlar. Allahın yolundan azmayın. Şeytana uymayın".

Mina həmçinin sənəti üçün etdiyi fotosessiya və kliplərindən də danışıb: "Müğənnilik sənəti çox maraqlı və çətindir, işim şou ilə dolu olmalıdır. Bu baxımdan sənətim üçün maraqlı layihələr edirəm. Əslində əməllərim salehdir. Həyatda tam fərqli olduğumu dostlarım bilir".
Müğənni hər kəsdən yazılan şərhlərə diqqət etməyi və ürək qırmamağı məsləhət görüb.

Paylaş: