Zaur Kamaldan Günay İbrahimliyə qarşı hörmətsizlik
Tarix: 11-10-2017, 11:15


Məşhur Müğənni Günay İbrahimli ötən gün Xəzər TV-də yayımlanan "5 də 5" verilişində qonaq olub.
GoldNews.az xəbər verir ki, aparıcı Zaur Kamalın təqdimatında yayımlanan verilişdə Günay maraqlı etiraf edib. O, sonuncu dəfə bir ilə əvvəl bu verilişdə qonaq olduğunu və Zaurdan incidiyini bildirib. Onun sözlərinə görə, aparıcı ona qarşı hörmətsizlik edib.
"Bir il əvvəl bu verilişə qonaq dəvət olunmuşdum. Zaurun bizdən başqa türk müğənni qonağı vardı. Həmin qonaq neçə saat gecikdikdən sonra verilişə gəlib çıxdı. Həmin müddət ərzində bizə çay verməyən Zaur, Türkiyədə heç populyar olmayan müğəənni studiyaya daxil olan kimi tez çay gətirilməsini tapşırdı. Məndə Zaurdan incidim",-deyə müğənni başına gələnləri danışıb.



Paylaş: