“Eşitmişəm ki, Mədəniyyət Nazirliyində nəsə olub…”
Tarix: 14-05-2020, 14:13




Mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti (DTX) Mədəniyyət Nazirliyində xüsusi əməliyyat keçirdi. Belə məqamda bəzi ekspertlər, hətta sənət adamları Əbülfəs Qarayevin də məsuliyyətə cəlb olunmasının vacibliyini vurğuladılar. Bu mövzu sənət adamlarını da iki yerə böldü. Bəziləri Mədəniyyət Nazirliyini və naziri sərt tənqid etsə də, bir qismi nazirin müdafiəsinə qalxdı. 
Yenisabah.az xəbər verir ki, saytımıza danışan Xalq artisti Arif Quliyev DTX-nın həbslərindən bixəbər olduğunu deyib: “Mənim hələ xəbərim yoxdur. Eşitmişəm ki, Mədəniyyət Nazirliyində nəsə olub, amma ətraflı xəbərim yoxdur. Mən təqaüddəyəm, heç yerə gedib-gəlmirəm. Hər şey əladır, gözəldir. Hamının işlərinin də əla getməsini arzulayıram. Dövlətimiz, nazirliyimiz, teatrımız sağ olsun, məni tez-tez yada salırlar, zəng edirlər. Allah canlarını sağ etsin, hər şey dövlət tərəfindən təmin edilib. Mən də təqaüddəyəm, istirahət edirəm. Hazırda da koronavirus var deyə, teatrda filan iş yoxdur”.

Paylaş: