Həbsdə olan Kamil Zeynallıdan YENİ XƏBƏR var
Tarix: 13-05-2020, 16:49




“Kamil Zeynallıya alternativ cəza tətbiq edilməsi daha doğru olardı”.

UlduzumSan.Az bildirir ki, bu sözləri saytımıza karantin qaydalarını pozduğu üçün 10 günlük həbs olunan Kamil Zeynallının vəkili Adəm Məmmədov deyib. Onun sözlərinə görə, müvəkkilinin 100-200 manat cərimə olunması daha ədalətli olardı:

“Məhkəmə SMS yazmayıb evdən çıxdığı üçün müvəkkilim Kamil Zeynallı barədə 10 günlük inzibati həbs qərarı verib. O isə özünün insanlara yardım etdiyini və xeyirxah işlərlə məşğul olduğunu bildirib. Məsələ barədə apelyasiya məhkəməsinə şikayət etmişik. Sabah baş tutan məhkəmə prosesində məsələyə aydınlıq gətiriləcək. Məhkəmə Kamil Zeynallının himayəsində azyaşlı uşaq olduğunu nəzərə almalıdır”.

Qeyd edək ki, idmançı Kamil Zeynallı dünən karantin qaydalarını pozduğu üçün 10 günlük inzibati həbs olunub. Bu barədə o, özünün Instaqram hesabında da məlumat paylaşıb.(lent.az)

Paylaş: