Tünzalə Ağayevadan sevənlərinə şad xəbər
Tarix: 11-10-2017, 10:23


Əməkdar artist Tünzalə Ağayeva pərəstişkarları ilə görüşə hazırlaşır. Belə ki, müğənni "Ulduzla görüş" layihəsinin bu dəfəki qonağı olacaq. Sənətçi oktyabrın 15-i paytaxt məkanlarının birində pərəstişkarları ilə bir araya gələcək. T.Ağayeva öz səmimi söhbətləri və ifaları ilə uşaqlara unudulmaz gün yaşadacaq. Bundan əlavə ulduz qonaq uşaqlara avtoqraf verəcək, balaca pərəstişkarları ilə fotosessiya edəcək.
PrimeTime.az

Paylaş: