"Ölkəyə giriş-çıxışı dayandırıb, daxildə sərbəstlik verilsin"
Tarix: 13-05-2020, 12:31




"Fərdi qaydada həyat tərzimizin tam karantin rejimində davam etməsi şərti ilə, ölkədəki karantin rejimi ləğv edilməlidir. Əvvəl-axır peyvənd tapılacaq. "

BiG.AZ xəbər verir ki, bu sözləri keçmiş teleaparıcı Turan İbrahimov sosial şəbəkə hesabında bildirib. O karantin rejiminin ölkə daxilində ləğv edilməsini təklif edib:

"Amma indiki vəziyyətdə uzun müddət yaşamaq qətiyyən doğru deyil. Ölkə iqtisadiyyatı çökür, ailə büdcələri tükənir, insanlar passivləşir və ümidsizliyə qapılır. Çox axmaq bir vəziyyət yaranıb. İnsanlar iş yerlərindən və işləməkdən belə soyumağa başlayıblar. Bəli, tam zamanında karantin elan edildi, ciddi tədbirlər görüldü, indi isə prosesə nəzarət etməklə axarına buraxmaq vaxtıdır. Ölkəyə giriş-çıxış məhdudiyyəti qalsın, daxildə isə tam sərbəsrlik verilsin. Necə deyərlər, ölmək-ölməkdir, bəs xırıldamaq nə deməkdir?!"



"Ölkəyə giriş-çıxışı dayandırıb, daxildə sərbəstlik verilsin" - Turan İbrahimov


Paylaş: