"Evdə oturan adam olmamışam, burdan vurub, rayondan çıxmışam"
Tarix: 13-05-2020, 11:51



“Evdə oturan adam olmamışam. Burdan vurub, rayondan çıxmışam. Ürəyim partlayır, hər yerim ağrıyır. Nə qədər evdə oturmaq olar?”
Yenicag.az-a açıqlama verən xalq artisti, tanınmış aktyor Ənvər Həsənov karantin günlərində əziyyət çəkdiyini deyib.
Aktyor səhhəti ilə bağlı narahatlıqlarının olduğunu da bildirib:
“Səhhətimdə problemlərim vardı, birtəhər başımı dolandırırdım. Yaşım 65-dən çox olduğu üçün evdən çıxmaq qadağandır. Bütün işlərim də yarımçıq qalıb. Səbirsizliklə gözləyirdim ki, karantin bitsin, işimizin başına dönək. Amma daha dözə bilmirəm, sabah dostum gəlib məni Şüvəlandakı bağına aparacaq. Gedim orda biraz nəfəs alım, yoxsa belə dözə bilmərəm. Mayın sonuna qədər də evdə otursam, məhv olaram. İstər-istəməz hər şey adama psixoloji təsir edir. Çalışıram ki, ruhdan düşməyim”.

Paylaş: