"Sanki müharibə dünən olub"
Tarix: 13-05-2020, 08:29



“Bu gün gənclərimizi ədəbi qəhrəman seçməkdə çətinlik çəkirlər. Elə filmlər, tamaşalar hazırlanmalıdır ki, bunlar gəncləri "qaynatsın". Onlar Həzi Aslanova, Mehdi Hüseynzadəyə oxşamaq istəsinlər. Filmlər, tamaşalar, bir sözlə incəsənət bunu təmin etməlidir”.
 
Bunu Moderator.az-a açıqlamasında xalq artisti Valeh Kərimov bildirib. Xalq artistinin sözlərinə görə, incəsənət bu problemi həll etməlidir:
“Film, tamaşa düşmənə qarşı nifrət oyatmaq, insanları mübarizəyə səsləmək, onlarda tarixi şüur formalaşdırmaq baxımından mühüm əhəmiyyət kəsb edir. Lakin bu işi yüksək peşəkarlıqla görmək lazımdır. Məsələn, müahribə ilə bağlı filmlər elə çəkilməlidir ki, buna baxan insan elə hiss etməlidir ki, sanki müharibə dünən olub. Özünü o müharibənin içində, o filmin qəhrəmanı kimi hiss etməlidir. Bizim müharibə ilə bağlı “Uzaq sahillərdə” filmi var. Hansı ki, biz 70 ildir ki, o filmə baxsaq da bu filmdən doymuruq. Belə filmlər çox olmalıdır. Əgər çox olarsa, o zaman gənclərimiz də özlərinə ədəbi qəhrəman obrazını bir o qədər rahat taparlar ”.

Paylaş: