Cici Hadiddən hamiləlik XATİRƏSİ
Tarix: 12-05-2020, 17:49




Dünyaca məşhur model Cici Hadid hamiləlik aylarının yadda qalması üçün xatirə fotolar çəkdirib.
''Ölkə.Az'' xəbər verir ki, Fələstin əsilli amerikalı model Cici Hadid beş aylıq hamilədir. Verilən xəbərə görə Zayn Malik və Cici cütlüyünün qızları olacaq. Model hamiləlik aylarından xatirə qalmasını istədinə görə ''Fransız Vogue'' jurnalı üçün fotosessiya etdirib. O həmin fotoları sosial media hesabında yayımlayaraq ''Bu qızımla ilk çəkilişimdir. Böyüyəndə ona göstərmək üçün mükəmməl xatirəmiz oldu'' sözlərini qeyd edib.




Paylaş: