“Yaponiyada belə məsələlərə görə xarakiri edirlər”
Tarix: 12-05-2020, 11:52




Mayın 8-də Dövlət Təhlükəsizlik Xidmətinin Mədəniyyət Nazirliyində xüsusi əməliyyat həyata keçirməsindən və bu idarənin iki işçisini həbs etməsindən sonra tənqid və qınaq dalğası həbs edilən məmurlara deyil, nazir Əbülfəz Qarayevə yönəlib.

ReAl partiyasının icraçı katibi Natiq Cəfərli hesab edir ki, nazir özü istefa verməlidir. “Biznesdə də, hökumət-dövlət işində də qərar verənlər öz qərarlarına görə, ən azı, siyasi (biznesdə isə maddi) məsuliyyət daşımalıdırlar. Mədəniyyət Nazirliyində o boyda əməliyyat olur, faktlar və iddialar səsləndirilir – nazir isə çıxıb deyir ki, əməliyyatı alqışlayıram. Belə olmur, hər şeyi multfilmə çevirməyin, əgər sənin öz məsuliyyətin altında olan sahədən xəbərin olmayıbsa lap pis – deməli bacarıqsız menecersən, yox əgər xəbərin olubsa, deməli sənin rəhbərliyinlə hər şey baş verib. Hər iki halda da, ən azı (hüquqi məsuliyyəti qoyuram kənara) siyasi məsuliyyətə görə nazir istefa verməlidir və bu yanaşma bütün siyasi qərarverənlərə aid olmalıdır. Yaponiyada belə məsələlərə görə məmurlar “xarakiri” edirlər, bunlar heç istefa vermək belə istəmirlər”, deyə Cəfərli Facebook səhifəsində yazıb.(azpost.info)

Paylaş: