“Əbülfəs Qarayev 20 ildən çoxdur ki, Mədəniyyət Nazirliyində bəylik edir”
Tarix: 11-05-2020, 18:01




Artıq bəlli bir müddətdir ki, Dövlət Təhlükəsizlik Xidmtinin (DTX) rüşvət və korrupsiya ilə məğul olan məmurlara qarşı əməliyyatları davam edir. İcra başçılarının ardınca DTX-nın Mədəniyyət Nazirliyində həyata keçirdiyi əməliyyatlar, ölkə başçısınn da iddia etdiyi kimi, bu məsələdə kimsəyə güzəşt edilməyəcyini göstərir.
 
UlduzumSan.Az xəbər verir ki, saytımıza açıqlama verən millət vəkili Elman Məmmədov rüşvətxor məmurlara qarşı əməliyatların davam etdiriləcəyini vurğulayıb:
 
“Problemlər bir-birindən xarakterinə, eləcə də böyük-kiçikliyinə görə fərqlənir. Onlar həlli tezliyinə görə də bir-birindən fərqlənir. Eləsi var tez, eləsi də var gec həllini tapır.
 
Korrupsiya, rüşvətxorluq cəmiyyədə uzun illərdir kök salan problemlərdən biridir. Bunu təmizləmək üçün ölkə başçısı illərdir ki, çağırışlar edir. Bildirir ki, korupsiyanın kökünü kəsmək üçün hər şey ediləcək. Bunun üçün DTX-nın, DİN-nin, Baş Prokurorluğun imkanları ilə yanaşı, digər vasitələrdən də istifadı edilir. Rüşvətxorluğa qarşı mübarizə sadəcə həbslər əsasında həyata keçirilmir. Azərbaycanda ciddi kadr-struktur islahatları aparılır. Bu da mübarizənin bir növüdür. Aparılan kadr və struktur islahatları rüşvət və korrupsiyaya qarşı mübarizənin çox təsirli növlərindən biridir. Rüşvət alan, korrupsiyaya yol verən kimdir? Kadrlardır. Bəs onlara qarşı kim mübarizə aparır? Yenə də, kadrlar, insanlar. Bu sahədə aprılan islahatlar ciddi tədbirlərdən biridir.
 
İmişli Rayon İcra Hakimiyyətində keçirilən əməliyyat icra hakimiyyəti strukturunda gerçəkləşən  axırıncı əməliyyat kimi dəyərləndirilsə də, bu, axırıncı əməliyyat olmayacaq. Icra başçısnın həbsi reallaşanda bildirmişdim ki, böyük yırtıcılar hələ arxadadır. Onlara da növbə çatacaq.
 
Burada söhbət sadəcə icra başçılarından getmir. Daha yüksək səviyyədə bu işlə məşğul olanlar da var. Görürsünüzmü, artıq nazirliklərdə bu cür əməliyyatlar başlanılıb. Ölkə başçısı da bildirmişdi ki, nazirliklərlə bağlı da ona siqnallar gəlir. 20 ildən artıq bir müddətdə   Əbülfəs Qarayev Mədəniyyət Nazirliyində bəylik edir. Necə ola bilər ki, sənin müavinin, başqa əməkdaşların uzun illərdir ki, çirkin işlərlə məşğul olur, amma sənin bundan xəbərin yoxdur? Var. Bunun əksini iddia etmək nağıldır.

Əməliyyatlar davam edəcək. Ölkə başçısı bu problemin kökünü kəsmək üçün ictimaiyyətə müraciət edir. Bildirir ki, bu işdə ona ictimaiyyət də, media da kömək etməlidir.  KİV-in də bu işdə rolu böyükdür.
 
Biz bu əməliyyatları alqışlamalıyıq. Çirkin əməllərlə məşğul olanların kökü kəsilməlidir”.(moderator.az)

Paylaş: