DTX-nın həbs etdiyi MƏMURLAR HAQDAI — Vaxtında mədəniyyətlə məşğul olsaydılar, tutulmazdılar
Tarix: 11-05-2020, 14:43




Müğənni Xatirə İslam Dövlət Təhlükəsizliyi Xidmətinin Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyat nəticəsində saxlanılan rəhbər şəxslərdən danışıb.
İfaçı “Ölkə.Az”ın əməkdaşı ilə söhbəti zamanı bildirib ki, kaş ki, o şəxslər vaxtında əsl mədəniyyət işçilərinə dəyər verərdilər.
“21 ildir ki, mən bu sənətdəyəm. Bu sənət üçün öz yaşıma uyğun, dəqiq desəm, ondan da artığını etmişəm. Düzü, Mədəniyyət Nazirliyində baş verən hadisələrdən dəqiqliklə xəbərim yoxdur, ona görə bu barədə bir söz deməyəcəm. Ancaq bunu dəqiq deyə bilərəm ki, o nazirliyin tutulan şəxsləri zamanında mədəniyyətlə məşğul olsaydılar, indi hamı əsl sənət ilə məşğul olan müğənniləri, sənətkarları tanıyardı”,- deyə X.İslam qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirib. Əməliyyat zamanı DTX tərəfindən saxlanılan şəxslər arasında nazirin müavini Rafiq Bayramov, Mədəniyyət Baş idarəsinin rəisi Cəlil Məlikov,  Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov və Mədəniyyət Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İntiqam Hümbətov da olub.

Paylaş: