“130 kiloqram daşın zibilinə düşüb”
Tarix: 10-10-2017, 18:03


“Maşın” realiti şousu ilk gündən qalmaqallı buraxılışı ilə yadda qalıb.
Publika.az xəbər verir ki, Əməkdar artist Mehriban Xanlarovanın səsverməyə çıxması ilə başlayan fırtına müğənni Vüqar Muradovun şoudan kənarlaşdırılması ilə nəticələnib.
Şouda iştirak edən digər iştirakçı Xalq artisti Arif Quliyev isə buna etiraz edib. Belə ki, o, “Maşın” şounun sosial media hesabında video-açıqlama verərək haqsızlıq olduğunu bildirib:
“Vüqar 130 kiloqram daşın zibilinə düşüb. Söhbət, danışıq ola bilər. Amma, təcrübəli bir insanı çıxarmaq insafsızlıqdır”.
Qeyd edək ki, “Xanımlar vs Cənablar” şüarı ilə yayımlanan “Maşın”ın 15-ci mövsümündə bu gün ikinci səsvermə prosesi keçiriləcək.



Paylaş: