Mədəniyyət Nazirliyindən narazı qalan müğənni DTX-nın əməliyyatından danışdı
Tarix: 9-05-2020, 13:24



Mədəniyyət Nazirliyinə qarşı tənqidi mövqeyi ilə seçilən tanınmış sənətçi Nadir Qafarzadə Gununsesi.org-a açıqlamasında Dövlət Təhlükəsizlik Xidmətinin (DTX) Mədəniyyət Nazirliyində keçirdiyi əməliyyatla bağlı danışıb. Qafarzadə bildirib ki, bir vətəndaş kimi, DTX-nin korrupsiya ilə mübarizə ilə bağlı yürütdüyü bütün əməliyyatları dəstəkləyir. Müğənni bu aparılanlardan məmnun qaldığını dilə gətirib.
“Mədəniyyət Nazirliyində keçirilən əməliyyat növbəti uğurlu addımlardan biridir. Bu əməliyyatlarda dövlət başçısının iradəsi açıq şəkildə görünür”.
Bildirək ki, aylar öncə Nadir Qafarzdə Mədəniyyət Nazirliyini bir sıra fəxri adların və mükafatların “uyğun insanlara” verilməsində ittiham etmişdi. Sənətçi öz qeydlərində bu mükafatların verilməsində “subyektiv” maraqların olduğunu dilə gətirmişdi.
Qeyd edək ki, ötərn gün DTX Mədəniyyət Nazirliyində əməliyyat keçirərək nazir müavini də daxil olmaqla, bir neçə yüksək vəzifəli şəxsləri saxlayıb.

Paylaş: