“Hacı müflis oldu, mən də ondan ayrıldım”
Tarix: 6-05-2020, 12:37



Müğənni Afət Fərmanqızı bir müddət öncə münasibətdə olduğu Hacısından danışıb.
UlduzumSan.Az-ın məlumatına görə, o, bildirib ki, sözügedən şəxsdən ayrılıb: "Hacıdan ayrıldım. Həmin şəxs mənim üçün 19-cu əsrdə qaldı. Mənimlə onun münasibəti alınmadı. Onu da qeyd edim ki, mən o müğənnilərdən deyiləm ki, ərim mənim hesabıma kef etsin. Məsələn, həmkarım Nazənin xanımın həyat yoldaşı hər gün işə gedir, ailəsini saxlayır. Yoxsa bəzi ifaçılar yanlarına bir kişini salır, cibinə də hər həftə 1000 dollar pul qoyur. Mən belə əri neynirəm? Mənə elə kişi lazım deyil. Elə həyat yoldaşından gündə mənə neçəsi talib olur. Özümüzü kimə sübut edirik? Hər bir qadın kimi mən də istəyirəm ki, ər çörəyi yeyim. Həyat yoldaşımın çörəyini yemiyəcəmsə, "həci, gücü" nəyimə lazım?
Bəziləri fikirləşəcək ki, bir müddət əvvəl sevgi münasibəti yaşadığım Hacının maddi durumunun yaxşı olduğunu demişdin. Doğrudur, zamanında evi, maşını var idi. Onları da mənə satdı, mən də aldım. Daha o, şəxs həyatımda yoxdur".

Paylaş: