Bu gün SSRİ Xalq artisti Ədil İsgəndərovun 110 illik yubileyidir
Tarix: 5-05-2020, 11:21




Mayın 5-i Azərbaycan Teatr sənətinin nəhəng siması, SSRİ Xalq artisti, görkəmli rejissor və aktyor Ədil İsgəndərovun yubileyidir.
Open.az xəbər verir ki, bu gün Ədil İsgəndərovun 110 yaşı tamam olur.
1910-ci il mayın 5-də Gəncədə Rza bəy İsgəndərbəylinin ailəsində dünyaya gələn Ədil İsgəndərov, xarakteri, duruşu, xasiyyəti ilə əsl bəy oğlu idi.
Ədil İsgəndərov 68 illik şərəfli ömür yaşadı. Azərbaycan teatrı və kinosunun adını, şöhrətini uzaqlara yaydı. 25 il rəhbərlik etdiyi Akademik Teatrı onun adı ilə - İsgəndərov Teatrı deyərək çağırdılar. Teatrdan haqsız uzaqlaşdırılıb, Kinostudiyaya rəhbərlik etdiyi illərdə də Azərbaycan kinosuna baş ucalığı gətirəcək filmlər çəkildi, gələcəyin böyük sənətkarları olan aktyor və rejissorlar yetişdirdi.
Ədil İsgəndərov hər an yad edilir. Ustadını unutmayan, bu gün saçı-saqqalı ağarmış tələbələri, ailə üzvləri, oğlu qədər sevdiyi, qardaşı oğlu Elxan İsgəndərov və onu görmədən böyüyən əsl sənət və teatr aşiqləri Ədil İsgəndərovun adını uca tutur, xatirəsini hər zaman yad edirlər.

Paylaş: