Vüqar Muradov «Maşın şou»dan danışdı- "ÇOX BİABIRÇILIQLAR OLACAQ, ONDA DEYƏCƏKSİZ Kİ, YAXŞI Kİ, SƏN BURDA OLMAMISAN"
Tarix: 10-10-2017, 12:57


Ötən axşam «Maşın şou»nu tərk edən müğənni Vüqar Muradov maraqlı açıqlamalar  verib.
Gununsesi.info xəbər verir ki, müğənni «Maşın  şou»da biabırçılıq olacağını deyib.
“9 kişi deyib artistlik etmək lazım deyildi. Sadəcə bir kişi deyib oynamaq olardı. Şükürlər olsun ki, məni çıxardı. İlk gündən saxta sifətlər, saxta gülüşlər və saxta öpüşlər gördüm. Mən bunu bacarmıram. Yaxşı ki, mən hörmətimi itirməmiş getdim. Çox biabırçılıqlar olacaq. Onda siz deyəcəksiz ki, Vüqar yaxşı ki, sən burda olmamısan. Bunu mən sizə deyirəm».
Vüqar Muradov xanımlar və kişilər arasında mübarizə getmədiyini deyib: «Burada Samirə, Mehriban və Günel birlikdədir. Ülviyə Alovlu isə ortadadır. O, ara qatmaq işinə baxır. Çox gözəl siyasət aparır».



Paylaş: