Aktrisaları seksə vadar edən prodüser ifşa olundu
Tarix: 10-10-2017, 12:12


Hollivudun əsas prodüserlərindən biri, “Oskar” laureatı Harvi Vaynşteyn seks qalmaqalı ilə üzləşib.
 
Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, məşhur prodüser bir çox aktrisaları və işçilərinə seksual təzyiq göstərib. Hollivudun bir çox ulduzu rol almaq üçün Vaynşteynlə cinsi əlaqəyə girməli olub. Belə görüşlər prodüser tərəfindən  Nyu-York və Los-Ancelesin müxtəlif mehmanxanalarda təşkil edilib.
 
“New York Times” nəşrində çıxan məqalədən sonra Vaynşteyn əsasını qoyduğu “The Wainstein Co” şirkətindən çıxıb.

Paylaş: