"Evdə qal, Azərbaycan!" deyərək çox bəlalardan özümüzü qoruduq
Tarix: 4-05-2020, 10:03



Həm həmrəyliyimizlə, həm sosial yardımlaşmamızla, bir-birimizə həssas yanaşmamızla biz evdə qalıb "Evdə qal, Azərbaycan!" deyərək çox bəlalardan özümüzü qoruduq. Koronavirusla mübarizədə birinci növbədə dövlət başçısının vaxtında verdiyi düzgün qərarları yüksək qiymətləndirmək lazımdır.
Bunu Trend İnformasiya Agentliyinin "PREZİDENT. Müstəqillik. Təhlükəsizlik. Rifah" adlı video layihəsinə müsahibəsində Xalq artisti Tünzalə Ağayeva deyib.
Sənətçi bildirib:
"Bugünkü mənzərəni görən hər bir kəs dövlətin qəbul etdiyi qərarları alqışlayır. Artıq biz müsbət nəticənin şahidi oluruq. Bu səbəbdən mən dövlət başçısına təşəkkür etmək istəyirəm.
Dünyada özünə güvənən ölkələr dəhşətli dərəcədə çökdülər. Bu, həm bizim üçün siqnal oldu, həm də Azərbaycan özünü güclü bir ölkə kimi nümayiş etdirdi.
Bu gün dövlətin iş adamlarına, işini itirmiş və ya dayandırmış insanlara, aztəminatlı ailələrə etdiyi sosial yardımları xüsusilə qeyd etmək lazımdır.
Bir daha xalqımıza firavanlıq, dövlətimizə dünyada həmişə güc rəmzi olmasını arzulayıram".

Paylaş: