Məşhur aktyor ilk dəfə oğlunun fotosunu paylaşdı
Tarix: 30-04-2020, 11:54




Türkiyəli məşhur kino ulduzu Burak Özçivit sosial şəbəkə hesabında  ilk dəfə oğlu Karanın fotosunu paylaşıb.
Unikal.org xəbər verir ki, ATV kanalının ən reytinqli seriallarından biri olan “Quruluş Osman”  serialının aparıcı aktyoru Burak Özçivit, serialda  Osmanı izləyən oğlu Karanın fotosunu “canımın canı” qeydiylə paylaşıb.
İnstaqramda 14,8 milyon izləyicisi olan Burak Özçivitin, onu televiziya ekranından izləyən oğlunun şəklini paylaşdığı fotoya  bir milyondan çox bəyənmə və minlərlə şərhə  gəlib. 
 
Məşhur aktyor ilk dəfə oğlunun fotosunu paylaşdı -FOTO




Paylaş: