Koronavirus Hadisənin eşq macərası yaşamağına mane olmur
Tarix: 29-04-2020, 12:51



Türkiyənin pop ulduzu Hadisə karantini sevgilisi, aktyor Kaan Yıldırımının evində keçirməyə davam edir. Maqazin proqramları, xəbər portalları, sosial şəbəkələrdə müğənninin eşq xəbərləri müzakirə edilsə də, sənətçi özü bunu gizlədir. 
Yenisabah.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dünən Hadisə Kaan Yıldırımın Ulus bölgəsindəki evinə girərkən paparazzilərə tuş gəlib. Yolda karantin qaydalarına görə ifaçının maşını saxlanılıb, onun qızdırması ölçüləndən sonra yoluna davam edib. 
Xatırladaq ki, Hadisənin Kaanın iti ilə birlikdə çəkdirdiyi fotonu paylaşmasından sonra cütlüyün münasibətdə olduğu ortaya çıxmışdı. Cütlük hələ də yayılan məlumatları nə təkzib, nə də təsdiq edir.
 
 




Paylaş: