Cici Hadid ana olacaq
Tarix: 29-04-2020, 09:57


Fələstin əsilli məşhur amerikalı model Cici Hadid və sevgilisi – britaniyalı müğənni, model və bəstəkar Zeyn Malik uşaq gözləyir.
Gununsesi.org “TMZ”yə istinadən xəbər verir ki, bu 25 yaşlı modelin ilk hamiləliyidir.
Məlumata əsasən, C.Hadid 20 həftəlik hamilədir, lakin cütlük bu xəbəri gizlətməyə çalışır.
Qeyd edək ki, Cici Hadid dünyanın ən bahalı modellərindən biridir.

Paylaş: