"Çox gözəl bədən quruluşunuz var" - Zaur xanım izləyicilərinin ağlını başından aldı
Tarix: 28-04-2020, 10:58



Məçhur aparıcı Zaur Kamal son paylaşımı ilə diqqət çəkib.

BiG.AZ xəbər verir ki, tanınmış aparıcı "instaqram" hesabında arxiv fotosunu paylaşıb. İdman zalında çəkilən fotoda Zaur bədən quruluşunu nümayiş etdirib. Fotoya "Canavar vaxtlarım" şərhini yazıb. Aparıcı bu fotosu ilə xanım izləyicilərinin ağlını başından alıb. Belə ki, izləyiciləri fotonu bəyənərək çoxsaylı şərhlər yazıblar. Şərhlərdə Zaura tərif yağdıran xanım izləyiciləri onun bədən quruluşunu bəyəndiklərini və çox yaraşıqlı olduğunu da qeyd ediblər:

İzləyicilər "Sizi həyata görmüşəm-hava limanında, çox gözəl bədən quruluşunuz var”, “İndi daha yaraşıqlısınız”, “Gözəlsən Zaur, bəyənirəm, səni çox istəyirəm, Allah qorusun" kimi şərhlər yazaraq ona diqqətlərini bildiriblər.

Fotonu təqdim edirik:

"Çox gözəl bədən quruluşunuz var" - Zaur xanım izləyicilərinin ağlını başından aldı - FOTO

Paylaş: