Serdar Ortaç ŞOK FAKTLARI açdı: “88 gecə həbsxanada yerin 7 qat dibində...”
Tarix: 27-04-2020, 13:27



Müğənni Serdar Ortaç Ali Eyüboğlunun və İlkay Buharalının yutub kanalında yayımlanan "Magazin Noteri" verilişində Ebru Gündeşlə münasibətlərinin pozulmasından danışıb.
Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, müğənni 1998-ci ildə həbs olunmasına dair bilinməyənləri də açıqlayıb:
"Demet Akalın ilə 5 il əvvəl Çeşmədə söhbət edirdik, Rza Zarrab həbs olunmuşdu. Demet "Ebruya zəng edib dətək oldun", - deyə soruşdu. Ona "Elə bu gün həbs edilib. Bir gün keçsin, nə baş verdiyini anlayaq, sonra yığacam" dedim.
Aylar sonra Demet söhbəti Ebruya başqa istiqamətdə çatdırıb. Guya mən "Rza həbs olundu, daha niyə Ebruya zəng edim" demişəm. Ebru deyilənə inanırdı və indiyə qədər üzümə belə baxmır. "Salam" desəm salamımı almaz. Beləliklə, bu dostluq zibil qutusuna getdi".
İfaçı Demet Akalının onun "Qumarxanada evlər və villalar gedən zamanı heç bir virus yox idi" sözlərinə də aydınlıq gətirib:
"Öküz kimi pulunuz varsa, hara gedəcəksiniz? Öz-özümə dedim. Lakin Demet bel altından vurdu. Sənə nə mənim qumarımdan? 500 əsər yazmaqla qazandım. Mən qumar oynadım, eşşəklik etdim və itirdim. Heç kimə əsəbiləşmirəm".
Həyatının ən unudulmaz anlarından bəhs edən ifaçı 88 gün yerin 7 qat altında olan həbsxanada yatdığını bildirib:
"Klipimdə çəkilən meksikalı qıza aşiq oldum və 6 ay onun yanında qaldım. Qayıdanda fərari adı ilə məni Bostancı Şou Mərkəzindəki səhnədən aparıb Mamak həbsxanasına göndərdilər. "Padişah" mahnısını Sibel Cana verdiyim gün idi. Hərbi prokuror məhkəməyə müraciət etmişdi. Sonra hərbi xidmətdən qaçmaq üçün Kiprdə məktəbə yazıldığım iddia edildi. Orada Bilkent Universitetinin Amerika Dili və Ədəbiyyatı fakültəsini birinci dərəcə ilə qazandım və üçüncü kursda təhsili yarımçıq qoydum.
Əsgərliyimi də etdim, həbsxanada da yatdım. Koronavirus səbəbilə 38 gün evdə qalmaqdan sıxılırsınız, mən hərbi xidmətə görə 88 gecə Mamak həbsxanasında yerin 7 qat dibində həbs çəkmişəm, Sivasda da 30 gün hərbi xidmətdə olmuşam".

Paylaş: