Mayda toy keçirilməsinə icazə verilsə, batdıq...
Tarix: 25-04-2020, 12:51



Toyların keçirilməsi ilə bağlı qadağa aradan qaldırılsa, vəziyyət yenidən dəyişə bilər.
Axar.az xəbər verir ki, bu sözlərlə həkim pediatr Vaqif Qarayev çıxış edib. Karantin rejimi ilə bağlı aparılmış yumşaldılmalardan danışan həkim bildirib ki, toy məsələsində çox narahatlıq var:
“Doğrudan da may ayında toylara icazə verilsə, yenə əvvəlki mehribanlığı, öpüşmək, qucaqlaşmağı bərpa edəcəyik. Yenə eyni havaya 100-ə yaxın qonaq nəfəs-nəfəsə rəqs edəcək. Bu olduqca təhlükəlidir”.

Paylaş: