Ümumölkə televiziya kanalları birgə fəaliyyət üçün Anlaşma sənədi imzalayıb
Tarix: 25-04-2020, 12:25




Azərbaycan Respublikasında fəaliyyət göstərən 12 ümumrespublika televiziya kanalını təmsil edən 9 media qurumu televiziya industriyasının inkişafı istiqamətində birgə fəaliyyət üçün Anlaşma sənədi imzalayıb.
Milli Televiziya və Radio Şurasından (MTRŞ) Trend-ə verilən məlumata görə, ümumrespublika televiziya kanallarının rəhbərləri tərəfindən imzalanmış razılaşma Şura tərəfindən ölkənin televiziya məkanında ciddi islahatların başlanğıcının işarəsi kimi qəbul edilib.
Qeyd edilib ki, yaxın iki həftə ərzində MTRŞ kabel şəbəkə operatorları, IP TV xidmət provayderləri, radio kanallar, reklam agentlikləri, telekanallar üçün video kontent istehsalçıları, həmçinin, dövlət strukturları və Milli Məclis üzvləri ilə əlavə məsləhətləşmələr apararaq Azərbaycanın audiovizual industriyasının inkişafı konsepsiyasının yaradılması üzərində işə başlayacaq.

Paylaş: