Məşhur reper qadına təcavüz etdi. Həbs edildi
Tarix: 9-10-2017, 15:10


Nelly ləqəbi ilə tanınan məşhur ABŞ-lı reper Cornell Iral Haynesin təcavüz iddiasıyla həbs olunduğu bildirilib. Bu gün səhər polisə müraciət edən bir qadın Nellynin Vaşinqtona konsert üçün gəldiyi turist avtobusunda ona təcavüz etdiyini iddia edib. Qadının şikayətindən sonra reper polis məmurları tərəfindən həbs edilib. Nellynin vəkili isə reper haqda ittihamın əsassız olduğunu bildirib. Qeyd edək ki, 42 yaşlı Nelly artıq 7-ci studiya albomunu təqdim edib və 2003-2004-cü ildə 4 Grammy mükafatına layiq görülüb. Müğənni 2015-ci ildə narkotikə görə həbs olunub.


Paylaş: