Mətanət Əsədova niyə efirə çıxmır?
Tarix: 23-04-2020, 16:58




Müğənni Mətanət Əsədova efirlərdən uzaq qalmasının səbəbi barədə danışıb. O, ''Ölkə.Az''-ın əməkdaşı ilə söhbətində bildirib ki, bu, onun şəxsi qərarıdır:
''Mən özüm efirlərə çıxmıram. Qaldı ki, unudulmağa, o mənə aid ola bilməz. Mənim kimi sənətkar unudula, yaddan çıxa bilməz. Efir qadağası olan müğənnilər barədə bir söz deyə bilmərəm. Çünki heç kimin qəlbini qıra bilmərəm''.
İfaçı karantindən sonra müğənnilərin toy qiymətinin bahalaşmasına da münasibət bildirib.
''Təki hər zaman toy olsun. Qaldı ki, müğənnilərin toy qiymətinin bahalaşmasına, ona hər kəs yəqin ki, özü qərar verəcək. Kim istəsə, qiymətdə dəyişiklik edib bahalaşdıracaq. Təbii ki, yenə də bu hər kəsin öz şəxsi qərarı olacaq''. 
Qeyd edək ki, "Xəzər" Televiziyasında efir qadağası qoyulan müğənnilər arasında Mətanət Əsədovanın da adı çəkilib. 

Paylaş: