Eşq yaşadıqlarını təsdiqləmirlər, amma...
Tarix: 23-04-2020, 12:33

İki aydır eşq yaşadığı barədə iddialar səsləndirilən türkiyəli müğənni Hadisə və aktyor Kaan Yıldırımın münasibəti öz təsdiqini tapıb.

Axşam.az xəbər verir ki, “Posta” qəzeti ifaçının sevgilisinin qaldığı evə girərkən fotolarını yayımlayıb.

Bildirilir ki, Hadisə avtomobili ilə aktyorun İstanbulun Ulus bölgəsində yerləşən evinə gedərkən görüntülənib. Daha sonra eyni maşınla müğənninin bacısı Dərya Açıkgöz banklardan birinə yollanıb.

Qeyd edək ki, Hadisə və Kaanın münasibəti ifaçının onun iti ilə foto paylaşmasından sonra ortaya çıxmışdı. Karantin günlərini birlikdə keçirən cütlük daha bir ipucunu isə Hadisə “Survivor” proqramına virtual qonaq olarkən vermişdi. Onun görüntülü danışdığı məkanın Kaanın evi olduğu məlum olmuşdu.

Onu da bildirək ki, hər iki sənətçi yayılan iddialar qarşısında heç bir açıqlama verməyiblər.

Eşq yaşadıqlarını təsdiqləmirlər, amma... - Fotolar

Paylaş: