Vəziyyəti ağır olan aktyor təcili əməliyyat olundu - Reanimasiyadadır
Tarix: 9-10-2017, 10:51


Gəncə Dövlət Dram Teatrının aktyoru, fəxri mədəniyyət işçisi Yusif Cəfərov ürəyindən əməliyyat olunub.
Bu barədə Yenicag.az-a teatrın mətbuat xidmətinin rəhbəri Anar Bürcəliyev açıqlama verib. O, aktyorun reanimasiyaya yerləşdirildiyini bildirib.
Xatırladaq ki, ürək çatışmazlığından əziyyət çəkən Y. Cəfərov 1 həftə əvvəl Gəncə Beynəlxalq Xəstəxanasına yerləşdirilib.

Paylaş: