"Bu, həm də həmin ailələrə qarşı yanlışdır"
Tarix: 17-04-2020, 10:37



“Eurovision-2011”-in qalibi Nigar Camal müzakirələrə səbəb olacaq açıqlama verib. Lent.az -ın məlumatına görə, sosial şəbəkədə izləyiciləri müğənnidən insanlara yardım etməsini istəyib. Nigar isə yardımın reklam olunmasının tərəfdarı olmadığını deyib:
"Niyə? Axı video çəkib paylaşmaq düzgün deyil. Bu, həm də həmin ailələrə qarşı yanlışdır. Bəlkə, problemləri olduğunu kiminsə bilməsini istəmirlər. Hansısa kanalın yardım kampaniyası olsaydı paylaşardım. Amma ailələrə kömək edərkən bunu sosial şəbəkədə paylaşmaq reklam kimi çıxır".

Paylaş: