Türkiyəli aktrisa banka borcunu ödəyə bilmədi, hotelini satışa çıxardı
Tarix: 16-04-2020, 12:31



Türkiyənin məşhur aktrisası, əslən almaniyalı olan Uilma Elles şəxsi hotelini satışa çıxarıb.
Oxu.Az xəbər verir ki, cazibədar aktrisa İstanbulun Beşiktaş rayonunda yerləşən 18 otaqlı otelini 11 milyon lirəyə (2,7 milyon AZN - red.) satmağa qərar verib.
Uilmanın bu cür addım atmasına səbəb banka olan beş milyon lirəlik (1,23 milyon AZN - red.) kredit borcudur. 
Alıcı qıtlığı ilə üzləşən sənətçi endirim edərək, hazırda oteli doqquz milyon lirəyə (2,21 milyon AZN - red.) satır. 

Paylaş: