Pərviz 10 ailələyə yardım edəcək
Tarix: 16-04-2020, 11:12



Kikboks üzrə 6 qat dünya çempionu Pərviz Abdullayev idmançı Kamil Zeynallı ilə telefon əlaqəsi qurub. 
UlduzumSan.Az-ın məlumatına görə, "Survivor" yarışmasının iştirakçısı Kamilə kasıb ailələrə kömək etmək istədiyini söyləyib: “Son günlər kasıb ailələrə yardımlar edirsən. Mən də bu aksiyaya qoşulub, 10 ailəyə kömək etmək istəyirəm. Əmim oğlu və köməkçim Faiq sənə mənim adımdan yardım üçün pul verəcək. Kamil, sənə təşəkkür edirəm ki, imkansız ailələrə kömək edirsən. Allah səndən razı olsun”.
Kamil isə Pərvizə bu cavabı verib: “Mən bilirəm ki, sən Bakıda olsaydın, mənimlə qapı-qapı düşüb insanlara kömək edərdin. Sən Azərbaycanın fəxrisən”.



Paylaş: