"Zəhmətkeş insanam, tək insan uzağı 50 ailəyə yardım edə bilər"
Tarix: 14-04-2020, 10:31




ATV-də yayımlanan “Bizimləsən” proqramının virtual qonağı Əməkdar artist Mətanət İsgəndərli olub. “Qafqazinfo” xəbər verir ki, sənətçi paltar ütüləyərkən görüntülü şəkildə verilişə bağlanıb.
Aparıcı Zaur Baxşəliyev söhbətə “Ölmədik, bu günü də gördük” sözləri ilə başlayıb. Müğənni isə “Nə edim? Buna da şükür. Mən daim ev işləri görmüşəm, amma bu sənətdə vaxt olmur. İnsan evin xanımı da, qulluqçusu da olar”,- deyə cavab verib.
Daha sonra M. İsgəndərli aztəminatlı ailələrə yardım etdiyini söyləyib: “30 ildir sənətdəyəm, xalqa yardım etmişəm. Son tikəmi insanlarla bölüşmüşəm. Var-dövlət yığmaq fikrim yoxdur. Etdiyim əməlləri nümayiş etdirməmişəm. Zəhmətkeş insanam, tək insan uzağı 50 ailəyə yardım edə bilər.
Ötən gün Gəncəyə poçtla pul göndərdim, orada kasıb ailələrə yardım etdilər. Dünən 10 yaşlı uşaq mənə zəng vurub dedi ki, acıq, atam anamla dalaşıb evdən gedib, 4 uşaq ac qalmışıq. Dəhşətdir. İndi də 15 ailə üçün nəzərdə tutulan yardımı sizin proqrama göndərəcəm, özünüz kasıblara paylayarsız”.



Paylaş: