Azərbaycanlı aktyor koronavirusdan sağaldı
Tarix: 11-04-2020, 12:11





"Hər şeyin daha gözəl olacağına, bundan sonra həyatı, insanları daha çox sevib, daha yaxşı insan olub, boş seyləri özümüzə problem etməyib, anlamlı bir həyat yaşayacağımıza inanıram". Bu sözləri koronavirusdan sağalan azərbaycanlı aktyor Yasin Həzirə deyir.
UlduzumSan.Az baku.ws-ə istinadən xəbər verir ki, aktyor virusa Türkiyədə yoluxmuşdu. Hazırda vəziyyəti yaxşıdır və orqanizmi bərpa olur.
Martın 14-dən İstanbulda olan aktyor yollar bağlandığı üçün Bakıya qayıda bilməmişdi. Virusun ona otaq yoldaşından keçdiyini və COVİD 19 testinin pozitiv çıxdığını açıqlamışdı.
Qeyd edək ki, Yasin tamaşaçılara "Dağıntılar altında" serialından tanışdır.

Paylaş: