“Səs Uşaqlar”ın final tarixi dəyişdirildi
Tarix: 10-04-2020, 17:07




İTV-də yayımlanan “Səs Uşaqlar” müsabiqəsinin apreldə canlı yayımlanması nəzərdə tutulan final turunun da vaxtı sosial izolyasiya tədbirləri ilə bağlı dəyişdirilib.
“Qafqazinfo” xəbər verir ki, şounun finalı yaxınlaşdığı üçün yarışmada tamaşaçı qismində iştirak etmək üçün kanala müraciətlər olunub. Lakin ölkədə aparılan sosial izolyasiya tədbirləri ilə bağlı insanların sağlamlığını düşünərək qurum rəhbərliyi tərəfindən kütləvi auditoriyalı verilişlərin format və vaxtlarında dəyişiklik edilib.
Sonuncu buraxılışın tarixi karantin rejimi ləğv edildikdən sonra təyin olunacaq və bu barədə ictimaiyyətə məlumat veriləcək.

Paylaş: