"Özümü bəzən lazımsız hiss edirəm"
Tarix: 10-04-2020, 16:49




"Dörd il əvvəl hər şeydən küsüb İstanbula köçdüm. Hətta orada iş təklifi də aldım. Amma alınmadı, qayıtdım. İnsan bəzən çox yorulur və getmək istəyir".
 
Primetime.az xəbər verir ki, bu sözləri aktrisa Zümrüd Qasımova "Show news" verilişinə açıqlamasında deyib. Sənətçi həyatından, yaşadıqlarından söz açıb:
 
"Həyat eyni gedəndə darıxırsan. Bəzən həyatımda bəzi boşluqlar var ki, doldurmağa çalışıram. Özümü bəzən lazımsız hiss edirəm. İnsan çətinliklər yaşadıqca bərkiyir. İndi elə zamana gəlmişəm ki, məni yox, mən seçirəm: teatrda, aparıcılıqda, verilişlərdə. Artıq mən seçilmək yox, seçmək istəyirəm".
 
Zümrüd seriallara çəkilməməsinin səbəbini də açıqlayıb:
 
"Seriallara dəvət alıram. Ya özümü orada görmürəm, ya qonorar qane etmir, ya da ssenari xoşuma gəlmir. Güclü aktyorlarla bir seriala çəkilmək istəyirəm: Fəxrəddin Manafovla, Mehriban Zəki, Gülzar Qurbanova, Rasim Balayev. Bu cür kadrla seriala bir yerdə olmaq istəyirəm".



Paylaş: