Məşhur aparıcı koronavirusa yataqda qalib gəldi
Tarix: 10-04-2020, 12:43



Türkiyənin məşhur aparıcı yataraq koronavirusa qalib gəlib.

Sonxeber.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 21 gün ərzində dərmanlarla yatızdırılaraq koronavirusa qalib gələn "TEVE2" televiziyasında yayımlanan "Çox gəzinti" verilişinin aparıcısı Burak Akkul yaşadıqlarını CNN Türk kanalında canlı yayıma bağlanaraq danışıb.

Aparıcı bildirib ki, verilişin 110-cu bölümünü çəkib Türkiyəyə qayıdan zaman özünün və həyat yoldaşının hərarəti yüksək olub:

"Qızdırmamız 42 dərəcəyə qədər yüksəlmişdi. İlk öncə bunu adi qrip hesab etdik. Amma sonra xəstəxanaya getdik. Həkimlər məni 21 gün ərzində yatızdıraraq müalicə etdilər. Koronavirusu yataraq məğlub edən ilk xəstələrdənəm. Həyat yoldaşım Səda ilə mənim sonuncu analizimizin cavabı neqativ çıxdı. Uzun müddət yatızdırıldığıma görə bəzi orqanlar hərəkətsiz qalır. Ona görə də fiziki müalicəyə də ehtiyac olur. Hazırda müalicələrim davam edir".

Paylaş: