"Əlim gəlmir iş görməyə, evləri də təmizləmirəm" - Firəngiz Mütəllimova
Tarix: 10-04-2020, 11:35



Xalq artisti Firəngiz Mütəllimova İnstaqramda canlı yayıma girərək izləyicilərinin suallarını cavablandırıb.

BiG.AZ xəbər verir ki, aktrisa karantin günlərini evdə necə keçirməsindən danışıb. O bildirib ki, bütün günü yeməklər bişirir:

"Yemək bişirməkdən əllərim "oboy"u vurulmamış divara dönüb. Evləri təmizləmirəm, əlim gəlmir iş görməyə. Nə yerdəyəm, nə göydə. Karantin günlərində bilmirəm nə edim. Elə darıxıram çəkilişlər, tamaşalar, izləyicilərim üçün... Küçəyə çıxmaq üçün darıxmışam".

Paylaş: