Xatirə bişirdiyi yeməyi paylaşdı, izləyicilər tənqid etdi
Tarix: 10-04-2020, 11:33




Karantin günlərini evində keçirən hər bir məşhur gündəlik məşğuliyyətlərini foto yaxud video olaraq sosial media hesablarında paylaşırlar.

Big.az xəbər verir ki, bu ənənədən geri qalmayan müğənni Xatirə İslam izləyicilərin tənqidlərinə tuş gəlib.

Belə ki, "instaqram" hesabında paylaşdığı videoda onun yemək hazırlaması görüntülənib.
İzləyicilər şərh bölümündə onun bu hərəkətini pisləyib:

"Videonu bizimlə paylaşdın, yeməyi kasıblarla paylaş. Bu məşhurlar görməmiş kimi hər şeyi burada paylaşmaq üçün ölürlər" kimi şərhlər yazan izləyicilərlə yanaşı, Xatirənin əl əməyini tərifləyənlər də olub.



Paylaş: