"Bütün şərhləri oxuyuram" - Aygün Kazımova
Tarix: 10-04-2020, 11:32



Xalq artisti Aygün Kazımova sosial şəbəkədə ona yazılan iradlara münasibət bildirib.
BiG.AZ xəbər verir ki, müğənni çay süzən yerdə video yerləşdirərək, paylaşımlarına yazılan bütün şərhləri oxuduğunu bildirib:

"Görüm bu dəfə nə irad tutacaqsınız. Bütün şərhləri böyük sevgi ilə oxuyuram. Hər bir iradınız mənə xoşdur. Əlimdə olsaydı hər birinizə çay süzərdim. Bu sınaq günlərindən birlikdə çıxaq, gözəl günlər bizi gözləyir".

Kazımovanın paylaşımına Rusiyanın Xalq artisti FilippKirkorov da şərh yazaraq, ürək emojisi qoyub. Sənətçinin paylaşımına 133 mindən çox bəyəni və 3444 şərh gəlib.

//izle.az/embed/80189​​​

Paylaş: